Rusiyaya qarşı ən güclü sanksiyalar tətbiq ediləcək - AB

DÜNYA bölməsi

12:41 - 24 Fevral 2022

 Rusiyaya qarşı ən güclü sanksiyalar tətbiq ediləcək - AB

AB liderləri Brüsseldə keçiriləcək sammitdə Rusiyaya qarşı ən sərt sanksiyalar paketini nəzərdən keçirəcəklər.

Yenipress.az xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Josep Borrell deyib.

“Biz ən qəti şəkildə cavab verəcəyik. Avropa Şurasının rəhbəri bu axşam AB sammitini çağırıb. Sammit indiyə qədər həyata keçirdiyimiz ən güclü sanksiyalar paketi üçün siyasi razılaşmanı təmin edəcək”, - Borrell bildirib.

Xəbər xətti