Bu vaxta qədər Tehran Bakı və Tel-Əviv arasındakı yaxınlığı önə çəkərək, antiazərbaycan fikirlərini nümayiş etdirib. Hər fürsətdə bunu bəhanə edərək, müstəqil ölkənin daxili işlərinə qarışıb.
Bu sözləri Yenipress.az-a Təbriz Araşdırmalar İnstitunun mütəxəssisi Babək Şahid İsrail Prezidenti İshaq Hersoqun Azərbaycana səfərinə İranın reaksiyasını şərh edərkən deyib.
O bildirib ki, İran mediası İsrail prezidentinin Bakıya səfərindən sui-istifadə edərək, böyük kampaniya aparmadı:
“Yəni daha əvvəl bu halda böyük antitəbliğat aparardılar. Bu dəfə o münasibət göstərilmədi. Bunu İran mediasının Azərbaycan qarşısında geriyə atdığı addım kimi dəyərləndirirəm”.