İtkin düşən hərbçimiz erməni deputatı təəccübləndirdi

GÜNDƏM bölməsi

17:35 - 10 Aprel 2023

 İtkin düşən hərbçimiz erməni deputatı təəccübləndirdi

Naməlum şəraitdə Naxçıvanla sərhəddən keçən Azərbaycan əsgərini Ermənistanın Sisian icmasının Aşotavan kəndinin sakinləri aşkarlayıblar. Onların sərhəddən keçməsi necə qeydə alınmaya bilər?

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan qeyd edib.

O, təhlükəsizliyə cavabdeh qüvvələrin bu məsələdə diqqətsiz olduğunu deyib:

“Əsgər Sisianın Bnunis kəndində həbs edilib. Onları ilk görənlərin müvafiq strukturların nümayəndələri deyil, kənd sakinləri olması isə maraqlıdır. Aşotavan kəndi Naxçıvanla sərhəddən 19-20 kilometr, təbii olaraq Bnunis kəndi isə avtomobil yolu ilə təxminən 15-16 kilometr məsafədə yerləşir. Ölkənin daxili təhlükəsizliyinə cavabdeh olan şəxslərin bunu qeydə almaması başqa bir problemdir”.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi ölkə ərazisində iki azərbaycanlı əsgərin olduğunu, onlardan birinin saxlanıldığını, digəri ilə bağlı isə axtarış aparıldığını iddia edib.

Xəbər xətti