Hərbçimiz Ermənistanda saxlanıldı

DÜNYA bölməsi

13:29 - 10 Aprel 2023

 Hərbçimiz Ermənistanda saxlanıldı

Aprelin 10-da saat 01:00-dan 02:00-dək olan müddətdə Ermənistan Respublikası ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu aşkar edilərək saxlanılıb.

Yenipress.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd dək ki, Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı rəmi məlumata görə, Naxçıvan Muxtar Respublikasında Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu itkin düşüb.

Hadisə Şahbuz rayonu istiqamətində baş verib. Əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər