Bir zamanlar izlənmə rekordu qıran “Zərda” serialının çəkildiyi “Hurşit Ağa” malikanəsi Kahramanmaraş zəlzələsində dağılıb.
Yenipress.az Bakupost.az-a istinadən xəbər verir ki, 3 hissədən ibarət olan malikənin 1 hissəsi ağır zədələnib.
Həmin malikanə tarixi və bağçası ilə bölgənin mühim turizm mərkəzləri arasında olub.
Qeyd edək ki, sözügedən evdə 2002-2004-cü illərdə baş rolda Ece Uslu və Yavuz Bingöl olan “Zərda” serialı çəkilib.
Bu malikanə “Zərda” serialı ilə yanaşı bir sıra filmə də ev sahibliyi edib.