Qarabağda yaşayan ermənilərin üç seçimi var - Zülfüqarov

SİYASƏT bölməsi

16:42 - 10 Yanvar 2023

 Qarabağda yaşayan ermənilərin üç seçimi var - Zülfüqarov

Erməni əsilli milyarder Ruben Vardanyan Qarabağda ərzaq məhsulları üçün “talon sistemi” tətbiq etdiyini deyib. Onsuz da hər bəhanədə Azərbaycanı erməni mülkü əhalini blokadada saxlamaqda ittiham edən R.Vardanyan  bu addım ilə “humanitar fəlakət” iddialarına diqqət cəlb etmək istəyir.

Maraqlıdır, R.Vardanyanın süni ajiotaj yaratmağa hesablanan bu adımı bir nəticə verəcək, yoxsa o, bu gedişlə erməni əhalinin qaçışını elə özü sürətləndirəcək?

Yenipress.az xəbər verir ki, politoloq Tofiq Zülfüqarov Globalinfo.az-a deyib ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə yaşayan ermənilər seçim qarşısındadır:

“Onlar ya Azərbaycan vətəndaşlığını qəbul edib, ərazidə qalmağı seçərlər, ya Ermənistana gedə bilərlər, ya da mənasız və boş “mübarizələrini” aparmağa davam edərlər. Prinsip etibarilə bunu separatçı lider Ruben Vardanyan da deyib. Onu da deyim ki, Vardanyan ermənilərin üçüncü seçimi etməsi üçün əlindən gələni edir. Qarabağda ərzaq məhsulları üçün “talon sistemi” tətbiq etməyin məğzi əslində budur”.

T.Zülfüqarovun fikrincə, reallıq ondan ibarətdir ki, Qarabağda nə aclıq var, nə də Vardanyanın qeyd etdiyi kimi ərzaq məhsullarına talon tətbiqinə əsas:

“Belə bir şey varsa belə Azərbaycan tərəfi dəfələrlə qeyd edib ki, biz humanitar yardım etməyə hazırıq. Bunu qəbul etməyən ermənilərdir. Daha doğrusu, Vardanyan kimi separatçılar.

Vardanyan bu yolla “Qarabağda humanitar fəlakət var” ideyasını pərçimləmək və beynəlxalq dəstək qazanmaq istəyir, lakin bütün bunlar əbəsdir”.

Politoloqun sözlərinə görə, R.Vardanyanın cəhdi uğursuz olacaq:

“Onsuz da mövcud vəziyyətdən bezən ermənilər Ermənistana köçmək üçün bəhanə axtarırlar. Vardanyanın ərzaq məhsullarına talon tətbiq etməsi Xankəndidəki ermənilərin Ermənistana köçməsinə səbəb ola bilər”.

Xəbər xətti