Bakıda bu ərazidəki evlər içərisində adam ola-ola söküldü - Video

TOPLUM bölməsi

21:57 - 2 Yanvar 2023

 Bakıda bu ərazidəki evlər içərisində adam ola-ola söküldü - Video

“Capital City” şirkəti Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 34 ünvanında yerləşən evləri sökməyə başlayıb.

Yenipress.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Maraqlısı budur ki, söküntü evlərdə yaşayış ola-ola həyata keçirilib.

Sakinlər şirkətin onları yaşadıqları ünvandan qanunsuz olaraq çıxarmaq istədiyini bildiriblər. 

İddialara görə, söküntü zamanı bir nəfər xəsarət alıb.

Xəbər xətti