Yusif Mustafayevin ölüm xəbəri yayıldı

MAQAZİN bölməsi

12:40 - 22 Aprel 2024

 Yusif Mustafayevin ölüm xəbəri yayıldı

Səhərin gözü açılmamış evimiz adamla dolub, biri gedib, biri gəlir. Hamısını da özüm qarşılayıram. Deyirlər ki, Yusif müəllim, ölüm xəbərinizi eşidib gəlmişik. Cavab verirəm ki, ölü də qonaq qarşılayar?

Yenipress.az xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında əməkdar artist Yusif Mustafayev ölüm xəbərindən danışarkən deyib.

Müğənni yayılan bu məlumatdan narahatıq keçirdiyini vurğulayıb:

“Telefonlar susmur, hamı zəng edir. Ailəm, qohumlarım narahat olublar. Eşitmisən, bir dəqiqləşdir də. Çox pis olmuşam. Anlaya bilmirəm ki, niyə bu insanlar bəd xəbəri xoşlayırlar”.

Yusif Mustafayev ölüm xəbərini yayanlara mesaj verib:

“Əzrayıl mələkdir, onun bunlardan xəbəri yoxdur. Bu xəbəri yayanların acığına yaşayacağam”.

Qeyd edək ki, bu gün səhər saatlarında sosial şəbəkələrdə Əməkdar artist Yusif Mustafayevin ölüm xəbəri yayılıb.

Xəbər xətti