Müğənni Nəfəsin maşınından 6 min manat oğurladı

KRİMİNAL bölməsi

12:09 - 2 Yanvar 2023

 Müğənni Nəfəsin maşınından 6 min manat oğurladı

Nəsimi RPİ 21-ci Polis Bölməsinə dekabrın 30-da rayon ərazisində “Range Rover” markalı avtomobildən 6000 manatın oğurlanması barədə məlumat daxil olub.

Bu barədə Yenipress.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev müəyyən olunaraq saxlanılıb.

Qeyd edək ki, Qafqazinfo pul oğurlanan avtomobilin tanınmış müğənni Nəfəsə məxsus olduğunu bildirib.

Xəbər xətti