Mələkxanım Eyyubovanın qızı Mayamini helikopterlə gəzdi - Video

MAQAZİN bölməsi

10:20 - 30 Dekabr 2022

 Mələkxanım Eyyubovanın qızı Mayamini helikopterlə gəzdi - Video

Xalq artisti Mələkxanım Eyyubovanın bloger qızı Nəzrin Nəcəfova uzun müddətdir ki, Mayamidədir.

Yenipress.az Baku.ws-ə istinadən xəbər verir ki, Nəzrin hazırda olduğu şəhərdə çoxdankı arzusunu həyata keçirib.

Belə ki, bloger Mayami şəhərini helikopterlə gəzib. Bununla da o arzusuna çatıb.

Nəzrin həmin an lentə alınan görüntüləri sosial media izləyiciləri ilə bölüşüb. Onun bu paylaşımı istifadəçilər tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, Nəzrin Nəcəfova hazırda həm dizayner, həm də blogerliklə məşğuldur.

Xəbər xətti