Rza Talıbov Röyaya mülk bağışlayıb? - Prodüseri açıqladı

MAQAZİN bölməsi

14:07 - 29 Dekabr 2022

 Rza Talıbov Röyaya mülk bağışlayıb? - Prodüseri açıqladı

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sabiq sədri Vasif Talıbovun böyük oğlu Rza Talıbovun Əməkdar artist, müğənni Röya Ayxana 8 milyonluq mülk hədiyyə etməsi barədə xəbərlər yayılıb. İddiaya görə, Bakı-Buzovna yolunda, Zağulba prospektində yerləşən həmin dəbdəbəli saray 20 sot torpaqda inşa olunub.

Qeyd olunur ki, Röya Ayxan Naxçıvanda 2019-cu ilin avqustunda konsert verib. Bu konsertin təşəbbüskarının da Rza Talıbovun olduğu bildirilir.

Hətta Röya Ayxanın vaxtilə Rza Talıbovun sevgilisi olduğu da iddialar sırasında vurğulanır.

Yenipress.az xəbər verir ki, Röya Ayxanın prodüseri Kənan Bayramov Modern.az-a açıqlamasında yayılan xəbərlərin şayiə olduğunu bildirib:

“Belə bir şey olmayıb, Rza Talıbov Röya xanıma heç bir mülk bağışlamıyıb. Siz bu cür məlumatlara hələ də necə inanırsız?”.

Xatırladaq ki, Rza Talıbov hazırda Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviridir.

Xəbər xətti