Bakı və İravan arasında yaxın aylarda sülh olacaq? - Lavrovun cavabı belə oldu

SİYASƏT bölməsi

10:43 - 29 Dekabr 2022

 Bakı və İravan arasında yaxın aylarda sülh olacaq? - Lavrovun cavabı belə oldu

Həm Azərbaycan, həm də Ermənistanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri olan Rusiya bu prosesə hər cür formada və həcmdə köməklik göstərir.

Yenipress.az xəbər verir ki, bu sözləri Rusiyanın XİN başçısı Sergey Lavrov RİA Novosti-yə müsahibəsində deyib.

Jurnalistin “Rusiya Azərbaycanın və Ermənistanın yaxın aylarda sülh müqaviləsi imzalamasına ümid edirmi”, sualına Lavrov cavabını bu cür yekunlaşdırıb:

"Təmasların dinamikasını məhz Bakı və İrəvan müəyyən edir və gələcək sülh müqaviləsinin məzmununu onlar müəyyənləşdirirlər. Həm Azərbaycan, həm də Ermənistanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri olan Rusiya bu prosesə hər cür formada və həcmdə köməklik göstərir. Hansı ki, azərbaycanlı və erməni dostlarımızın marağındadır”, - o bildirib.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər