Aksiyanın 18-ci günü: Ekoloji cinayətə son!

SİYASƏT bölməsi

09:05 - 29 Dekabr 2022

 Aksiyanın 18-ci günü: Ekoloji cinayətə son!

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəallar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası artıq 18 gündür davam edir.

Yenipress.az xəbər verir ki, bu dəqiqələrdə havanın şaxtalı olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. İştirakçılar səhər saatlarında hər zaman olduğu kimi Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Qeyd edək ki, aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarının əks olunduğu plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır”, “Ekoloji cinayətə son!”, “Azərbaycan milləti qoruyacaq sərvəti” kimi şüarlar səsləndirirlər.

Xəbər xətti


Digər xəbərlər