İrəvan: Laçın yolunu biz aça bilmərik

SİYASƏT bölməsi

09:00 - 28 Dekabr 2022

 İrəvan: Laçın yolunu biz aça bilmərik

Laçın yolunu yalnız Rusiya aça bilər.

Yenipress.az xəbər verir ki, bu sözləri Ermənistan İctimai Televiziyasına müsahibəsində “Mülki müqavilə” fraksiyasından olan deputat Andranik Köçəryan deyib.

“Rusiyanın Azərbaycanla çoxşaxəli maraqları var, ancaq Rusiya üçün ordusunun regionda Ermənistanda və “Qarabağ”da olması vacibdir”, - o bildirib.

O, həmçinin, Azərbaycanın hərbi imkanları haqda danışıb və qeyd edib ki, regionda 2016-cı ilin aprelində və 2020-ci ilin payızında hərbi balans Azərbaycanın xeyrinə “pozulub”:

“Regionda pozulan bu hərbi balans bərpa edilməlidir”.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər