Ermənilər Xankəndi aeroportunda Volkovu gözləyir – Foto

SİYASƏT bölməsi

22:04 - 27 Dekabr 2022

 Ermənilər Xankəndi aeroportunda Volkovu gözləyir – Foto

Azərbaycanın Xankəndi şəhərində məskunlaşan erməni separatçıları aeroporta toplanıblar.

Yenipress.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bir neçə nəfərdən ibarət "aksiyaçı" Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkovla görüş tələb edirlər.

Qeyd edək ki, Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəallar Rusiya sülhməramlılarının məsuliyyət zonasında yeraltı sərvətlərin talanmasına və ekoloji terrora etiraz aksiyası keçirir. Aksiyaçıların tələblərindən biri də Rusiya sülhməramlı kontingentinin komandanı Volkovla görüşdür.

Ənənəvi erməni oğurluğudur – bu dəfə azərbaycanlı ekofəalların görüş istəyini “mənimsəyirlər”. 

Xəbər xətti


Digər xəbərlər