Azərbaycan və İran arasında gərginlik var - Nazir

SİYASƏT bölməsi

17:51 - 27 Dekabr 2022

 Azərbaycan və İran arasında gərginlik var - Nazir

“3+3” formatı ilə bağlı təşəbbüs Azərbaycan Prezidenti tərəfindən irəli sürülüb, Türkiyə Prezidenti bu təşəbbüsü dəstəkləyib. “3+3” formatında ilk görüş keçən il iki ölkənin iştirakı ilə keçirilib, Gürcüstan isə qatılmayıb.

Yenipress.az xəbər verir ki, bu barədə dekabrın 27-də xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

Son dövrlər Azərbaycan-İran münasibətlərində bəlli bir gərginliyin olduğunu diqqətə çatdıran nazir deyib:

“Burada problemli istiqamətlər mövcuddur, amma son dövrlərdə müsbət nəticələr də var. İqtisadi sahədə əldə olunmuş razılaşmalar icra edilir. Azərbaycan-İran münasibətləri mövcud durumda daha yaxşı ola bilərdimi sualı verilərsə, cavab, əlbəttə ola bilərdi”.

Ceyhun Bayramov, həmçinin deyib ki, Azərbaycanın xarici siyasətinin əsas prioriteti qonşu ölkələrlə dost, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsidir. Azərbaycan heç bir halda bu münasibətlərin gərginləşməsinin tərəfdarı olmayıb.

Xəbər xətti


Digər xəbərlər