Təbrizli rejissora həbs cəzası verildi

MAQAZİN bölməsi

10:48 - 27 Dekabr 2022

 Təbrizli rejissora həbs cəzası verildi

Təbrizli kinorejissor Məhəmməd Siyaməkniya barəsində İnqilab Məhkəməsində qərar çıxarılıb.

Yenipress.az xəbər verir ki, 24 sentyabrda saxlanılan gənc rejissor 1 il həbs və 8 milyon tümən cərimə cəzasına məhkum edilib.

Məhəmməd Siyaməkniya türk dilində bir neçə qısa film çəkib. Onun “Ağacdələn” filmi 12-ci Bakı Beynəlxalq Film Festivalında nümayiş etdirilib.

O həmçinin, bir neçə sosial mövzularda sənədli filmlərin prodüsseridir.

Cavidan

Xəbər xətti