Xankəndi yolunda etirazçıların qarşısına çıxmayan general Volkov barədə maraqlı faktlar

GÜNDƏM bölməsi

10:49 - 15 Dekabr 2022

 Xankəndi yolunda etirazçıların qarşısına çıxmayan general Volkov barədə maraqlı faktlar

Xankəndi yolunda aksiyanın dörd gündür davam etməsinə baxmayaraq, Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkov iştirakçıların qarşısına çıxmır. Sülhməramlıların komandanın bu addımı isə birmənalı qarşılanmır.

Yenipress.az Baku.ws-ə istinadən xəbər verir ki, əslində Andrey Volkovun sivil formada etiraz keçirən vətəndaşların qarşısına çıxması, onları dinləməsi və yaranan narazılığı həll etməsi gözlənilsə də, rusiyalı general bunun əksinə addım atır.

Sülhməramlıların rəhbəri olan Andrey Volkov kimdir?

General-mayor Andrey Volkov Rusiyanın Kostroma vilayətində Ali Hərbi Komandanlıq Kimyəvi Silahlardan Müdafiə Məktəbində təhsil alıb.

Şimali Qafqaz Hərbi Dairəsinin qərargahında xidmət edib. Volkov 1986-cı ildə Əfqanıstanın Qunduz şəhərində zabit kimi xidmətə başlayıb.

Əfqanıstanda xidmət etdikdən sonra Andrey Volkov Qroznı ətrafında yerləşən özüyeriyən artilleriya alayında xidmətə başlayıb. 201-ci motoatıcı diviziyasının və Baqlan əyalətində Puli-Xumridə yerləşən motoatıcı alayın komandiri olub.

O, bir müddət Cənub Hərbi Dairəsinin Radiasiya, Kimya və Bioloji Müdafiə qoşunlarının rəisi vəzifəsində çalışıb. 2000-ci ildə ona müddətdən əvvəl polkovnik hərbi rütbəsi verilib və “Şücaət” ordeni ilə də təltif edilib.

Andrey Volkov 2017-ci ildə Suriyada xidmətə göndərilib. General-leytenant Gennadi Anaşkinin yerinə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə yeni rəhbər təyin olunub.

Xəbər xətti