Neçə azərbaycanlı Ermənistan vətəndaşlığı üçün müraciət edib?

GÜNDƏM bölməsi

15:08 - 14 Dekabr 2022

 Neçə azərbaycanlı Ermənistan vətəndaşlığı üçün müraciət edib?

2020-ci il yanvarın 1-dən 2022-ci il noyabrın 30-dək 155 Türkiyə vətəndaşı Ermənistan vətəndaşlığı almaq üçün müvafiq qurumlara müraciət edib.

Yenipress.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Bildirilib ki, heç bir Azərbaycan vətəndaşı Ermənistan vətəndaşlığı üçün müraciət etməyib:

“Rusiya-Ukrayna müharibəsi başlayandan indiyədək Ermənistana gələn 17 498 Rusiya vətəndaşı Ermənistan vətəndaşlığı üçün müraciətini həyata keçirib. Pasport və viza şöbəsi nə qədər müraciətin təmin olunduğuna cavab verməyib, onların bəzilərinə baxıldığını söyləməklə kifayətlənib”.

Xəbər xətti