Paşinyan Zəngəzur dəhlizini açmağa hazırlaşır?

GÜNDƏM bölməsi

12:24 - 14 Dekabr 2022

 Paşinyan Zəngəzur dəhlizini açmağa hazırlaşır?

Azərbaycanlı ictimai fəalların Şuşa-Xankəndi yolunda artıq 3 gündür davam edən etiraz aksiyasına Ermənistan rəsmilərinin xüsusi fikir verməməsi erməni mediasının diqqətini çəkib.

Yenipress.az xəbər verir ki, bəzi media qurumları rəsmi İravanın bu “qismən səssizliyini” hadisəni Azərbaycanın daxili işi sayması ilə izah etməyə çalışıb.

“Hraparak” nəşri yazıb ki, Baş nazir Nikol Paşinyanın Laçın yolunun bağlanmasına səssiz qalması səbəbsiz deyil.

“Güman edilir ki, Laçın yolunun bir müddət bağlı qalması hakimiyyətə sərf edir. Çünki hakim rejim bununla göstərəcək ki, əgər Azərbaycanın istədiyini verməsə, böhranlı hadisələr baş verə bilər. Zəngəzur dəhlizi sonda Bakının tələbi ilə açıla bilər. Dəhlizi Bakının xeyrinə güzəştə gedən Paşinyan bildirəcək ki, bu addımla Qarabağın erməni sakinlərini humanitar böhrandan xilas edib”.

Xəbər xətti


Digər xəbərlər