Aksiyaya “mız” qoyanlara: Şuşa yolunda hansı proses gedir?

GÜNDƏM bölməsi

11:42 - 14 Dekabr 2022

 Aksiyaya “mız” qoyanlara: Şuşa yolunda hansı proses gedir?

Dünyada 15-20 ildən çoxdur ki, ekoloji məsələlər gündəmin ilk yerlərindən birini tutur, bütün ölkələr bu məsələdən öz maraqları çərçivəsində istifadə ediblər.

Yenipress.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli Şuşa-Xankəndi yolunda 3 gündür davam edən ekofəalların aksiyası haqda qeyd edib.

O bildirib ki, çox önəmli, dünya üçün həyati məsələ olan ekoloji problemlərin dövlətlər tərəfindən öz istəkləri çərçivəsində istifadə etdiklərini müşahidə etmişik:

“Bu mənada Azərbaycan hökumətinin ekoloji məsələləri önə çəkib Laçın yoluna çıxması, bu yolla Rusiyaya və Kremlin bəslədiyi Xankəndidəki qondarma rejimə təzyiq etməsi çox doğru yanaşmadır, hətta məndən olsa, pul xərcləyib ora Qreta Thunbergi də gətizdirərdik – bəzən dünya ilə onların anladığı dildə danışmaq lazımdır”.

Ekspert bəzi “sektor uşaqlarının” aksiya başlayandan bəri məqsədi aydın olan davranışlara da reaksiya verib:

“Bəziləri bəlli həqiqəqətləri görməzdən gəlib ağıllı sifətlə deyib-yazıb mənasız sullar verirlər ki, bəs Bakıda, digər rayonlarda, şəhərlərdə niyə aksiya keçirməyə hökumət icazə vermir – indi guya, ağıllı söz danışırlar, cavabını bilmirlər… Ölkədə avtoritar, sərbəst toplaşmaq hüququnu məhdudlaşdıran sistemdir - dünən biliblər bunu?! Və ya, ağıllı görkəmlə sual qoyurlar ki, ölkənin digər mədənlərində, yerlərində ekoloji problemlər yoxdurmu ki, ancaq Qarabağda ekoloji məsələni önə çəkirlər?!

Nə tip adamlarsız siz, bilmirsiz ki, bu aksiya bir tək ekoloji məsələ deyil, dünyada olan ekoloji trenddən doğru olaraq istifadə etmək cəhdidir?! Bunu anlamaq üçün kiçicik ağıl bəs edər axı, elə deyil?! Sifətlərinə intellekt qırıntıları bulaşdırmağa cəhd edərək iddia edirlər ki, bəs bu aksiyanı hökumət təşkil edib – kim bilmirdi ki, bunu?! Və ya “Polişinel sirrini” elan edib deyirlər ki, bəs ölkənin resurları, təbii sərvətləri elə hakimiyyətdə olanlara məxsusdur da – guya indi “sirr” açırlar…

Bəzi “Sektor uşaqlarının” (geniş anlamda) belə məzmunsuz yanaşmaları ölkədə müxaliflik institutuna ziyan vurur, zatən yarıcan olan müxalifətçiliyi nüfuzdan, gözdən salır, xalqın nəbzini tuta bilməmək bir qırağa, millətin siyasi proseslərdən uzaq qalmasına səbəb olurlar, nəticədə ölkədə avtoritarizm daha da güclənir – bu sadə həqiqəti belə görə bilmirlər.

Son günlər davam edən proseslərin məqsədi məhz Rusiyanın, onların “rusməramlı” qüvvələrinin torpaqlarımızda əl-ayağını yığmağa hesablanıb, bu məqsədə xidmət edəcək hər bir, həm də ekoloji problemləri qabartmaqla atılan addımlar dəstəyə layiqdir...”

Xəbər xətti