Bərdədə bu məktəbin birinciləri şəhid ailəsini ziyarət etdi - Foto

TOPLUM bölməsi

10:27 - 22 Noyabr 2022

 Bərdədə bu məktəbin birinciləri şəhid ailəsini ziyarət etdi - Foto

Bu gün Bərdə rayon Yalçın Yusifov adına Mollaisalar kənd tam orta məktəbin ibtidai sinif müəllimi Samir Abbaslının təşkilatçılığı ilə rəhbərlik etdiyi I sinif şagirdləri Mollaisalar kənd Şəhidi ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda" və ”Cəsur döyüşçü” medalları ilə təltif edilmiş Emin Zakir oğlu Hüseynovun doğum günü ilə əlaqədar şəhidin yaşadığı evə gedib, ailəsi ilə görüşüb və ev muzeyi daha sonra məzarını ziyarət ediblər.

Yenipress.az xəbər verir ki, şəhidin atası Zakir Hüseynov və anası Fəridə Hüseynova balacaların gəlişindən sevinərək, bunun onlar üçün ən böyük təsəlli olduğunu bildiriblər.

Fəridə xanım şəhid Emin Hüseynovun keçdiyi şərəfli həyat və döyüş yolu barədə şagirdlərə ətraflı məlumat verib.

Onlar  hər zaman Eminlə fəxr etdiklərini  və onun ən uca zirvədə olduğunu dilə gətiriblər. 

Bu gün bu körpə balaların şəhid Emin Hüseynov ailəsini yad etməsi onlar üçün ən böyük təsəlli olduğunu vurğulayan şəhidimizin atası belə tədbirlərin çox olmasını, şagirdlərin şəhidlərimizi daha yaxından tanımaları üçün bu cür ənənəni davam etdirmələrini qeyd edib. Bunun şagirdlərin milli, vətənpərvərlik ruhunda böyüməsi  üçün  çox vacib oduğunu vurğulayıb.

Şagirdlər qəhrəmanlıq, şəhidlik, vətən, torpaq haqqında şeirlər səsləndirib.

Sinif rəhbəri Samir Abbaslı Emin Hüseynovun rəşadətli döyüş yolundan söz açaraq bildirib ki, şəhidimizin Vətən yolunda canını fəda etməsi ilə özündən sonra böyük bir igidlik, mübarizlik məktəbi qoydu. Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş igidlərin heç zaman unudulmayacağını qeyd edib. Vətənimiz uğrunda canından-qanından keçən belə igid oğul və qızlarımızın xatirəsini yad etmək hər bir azərbaycanlının müqəddəs borcudur. Ən uca və müqəddəs zirvəni - .əhidlik zirvəsini fəth edənlərin xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaqdır.

Daha sonra Samir Abbaslı tərəfindən Şəhid Emin Hüseynovun portreti ailəsinə, şəhidin ev muzeyinə xatirə olaraq hədiyyə edilib.

Xəbər xətti


Digər xəbərlər