12:59
İndoneziyada 5.6 bal gücündə zəlzələ olub.
Yenipress.az xəbər verir ki, zəlzələnin episentri Cakartadan təqribən 75 km cənub-şərqdə, Qərbi Yava adasının Cianjur şəhərində, ocağı isə 10 km dərinlikdə yerləşib.
İlkin məlumata görə, zəlzələ nəticəsində 20 nəfər ölüb, 300 nəfər xəsarət alıb.
***
İndoneziyada zəlzələ zamanı ölənlərin sayı 56-ya çatıb.
Bu barədə yerli “Kompas” qəzeti məlumat yayıb.
Nəşrin xəbərinə görə, yaralıların sayı 700 nəfərdən çoxdur. Onların əksəriyyətinin vəziyyəti ağırdır.
100-dən çox şəxs itkin düşmüş hesab edilir.