Kürdə batan atanın meyiti tapıldı - Qızın axtarışları davam edir

GÜNDƏM bölməsi

11:02 - 19 Aprel 2024

 Kürdə batan atanın meyiti tapıldı - Qızın axtarışları davam edir

Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batan 1993-cü il təvəllüdlü Vaqif Tahir oğlu Süleymanlının meyiti Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Yenipress.az-a FHN-dən bildirilib.

Qeyd edilib ki, 2018-ci il təvəllüdlü Səma Vaqif qızı Süleymanlının axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xəbər xətti