İlham Əliyevdən yüksək vəzifəyə təyinat

GÜNDƏM bölməsi

11:12 - 18 Aprel 2024

 İlham Əliyevdən yüksək vəzifəyə təyinat

Anar Axundov Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini təyin olunub.

Yenipress.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, A.Axundov 1975-ci ildə anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini "iqtisadçı" ixtisasi üzrə bitirib. Əmək fəaliyyətinə Bakı Banklararası Valyuta Birjası QSC-də başlayıb. Sonradan bir sıra kommersiya banklarında çalışıb.

1999-2004-cü illərdə o vaxtlı Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində baş mütəxəssis, şöbə rəisi və departament rəisi, 2004-2006-cı illərdə Bakı Fond Birjası QSC-nin Fond bazarının inkişafı departamentinin rəisi və İdarə Heyətinin sədri, 2006-2009-cu illərdə İqtisadiyyat Nazirliyinə məxsus Azərbaycan İnvestisiya Şirkəti ASC-nin icraçı direktoru, 2009-2014-cü illərdə Bank Standart QSC-nin İdarə Heyəti sədrinin müavini, 2014-2022-ci illərdə Təhsil Nazirliyində idarə rəisi işləyib.

2022-ci ildə dövlət başçısının sərəncamı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının üzvü təyin edilib.

Ailəlidir, 2 övladı var.

Xəbər xətti