Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

TOPLUM bölməsi

12:40 - 18 Aprel 2024

 Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bakıda evdən qadınla kişinin meyitləri tapılıb.

Yenipress.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində qeydə alınıb.

Meyitlər həmin ünvanda yerləşən evlərdən birində hamam otağında aşkarlanıblar.

Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti