Bu ölkə vətəndaşlarına çağırış etdi: İsraili tərk edin!

DÜNYA bölməsi

14:07 - 19 Aprel 2024

 Bu ölkə vətəndaşlarına çağırış etdi: İsraili tərk edin!

Avstraliya vətəndaşlarını İsraili tərk etməyə çağırıb.

Yenipress.az xəbər verir ki, bu barədə Avstraliyanın Xarici İşlər Nazirliyinin X səhifəsində məlumat yerləşdirilib.

“Bütün regionda İsrailə və onun maraqlarına qarşı hərbi cavab əməliyyatları və terror hücumları ehtimalı var. Təhlükəsizlik vəziyyəti sürətlə pisləşə bilər. İsrail və Fələstin ərazilərində olan avstraliyalıları bölgəni tərk etməyə çağırırıq”, - nazirlik bildirib.

Bununla yanaşı bölgədə yaşayan avstraliyalılara hava məkanının bağlanması, uçuşların ləğvi və digər səyahətlərin dayandırılması ehtimalı barədə xəbərdarlıq edilib.

Xəbər xətti