Maşın vuran tələbə qızın səhhəti ağırlaşdı - Video

TOPLUM bölməsi

16:16 - 16 Noyabr 2022

 Maşın vuran tələbə qızın səhhəti ağırlaşdı - Video

Hazırda xəstəxanada ağır vəziyyətdə olan Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 1-ci kurs tələbəsi Xədicə Qarakişiyevanın müalicəsi üçün pula ehtiyac var.

Yenipress.az xəbər verir ki, X.Qarakişiyeva sentyabrın 29-u dərsdən evə qayıdan zaman onu piyada keçidində maşın vurub.

Hadisədən dərhal sonra ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb və ona qapalı kəllə-beyin travması dioqnozu qoyulub.

Qəzadan 19 gün sonra vəziyyəti ağırlaşdığı üçün Xədicə özəl xəstəxanalardan birinə köçürülüb.

Xədicənin müalicəsinə ümumilikdə 40 mindən çox vəsait xərclənib. Valideynləri həkimlərin onun hələ bir müddət də reanimasiya şəraitində qalmağını məsləhət görüklərini bildirir. Bir günlük reanimasiya xərcləri isə ailə üçün çox bahadır.

Xədicəyə yardım etmək istəyənlər bu kart hesabına ianə edə bilərlər.

Neobank: 5235 2222 3542 9483

Leobank: 4098 5844 6416 4944

Əlaqə: 070 250 48 85

Xəbər xətti