Sumqayıtda azyaşlı bacılar öldü

TOPLUM bölməsi

13:50 - 16 Noyabr 2022

 Sumqayıtda azyaşlı bacılar öldü

Sumqayıtda 2 azyaşlı ölüb.

Yenipress.az Apa-ya istinadən xəbər verir ki, ölənlərin 2018-ci il təvəllüdlü Əsra Şahbaz qızı Allahverdiyeva və bacısı 2016-cı il təvəllüdlü Aynaz Şahbaz qızı Allahverdiyeva olduğu bildirilir.

Onların meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib. Ölümün səbəbləri ekspertizadan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti