DTX bu rayonda əməliyyat aparır - Yeniləndi

TOPLUM bölməsi

12:02 - 16 Noyabr 2022

 DTX bu rayonda əməliyyat aparır - Yeniləndi

11:53

Hazırda Dövlət Təhlükəsizliyi Xidməti Beyləqan rayonunda əməliyyat həyata keçirir.

Yenipress.az "Azfront" Teleqram kanalına istinadən xəbər verir ki, əməliyyat dövlət qurumlarından birinin yerli strukturunda keçirilir.

Qeyd olunub ki, artıq dövlət qurumunun yerli strukturuna rəhbərlik edən şəxs saxlanılıb.

"Əməliyyat zamanı digər vəzifəli şəxslərin də saxlanılması mümküdür", - deyə məluatda bildirilir.

***

Beyləqanda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Dəyanət Atakişiyev saxlanılıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Beyləqan Ərazi Dövlət Kadastrı və Daşınmaz Əmlakın Reyestri İdarəsinin arxiv şöbəsinin müdiri vəzifəsində çalışır.

O, rüşvət almaqda şübhəli bilinir.

Xəbər xətti