Ədalət Vəliyevin baş prokuror olmuş qayını vəfat etdi

TOPLUM bölməsi

20:58 - 15 Noyabr 2022

 Ədalət Vəliyevin baş prokuror olmuş qayını vəfat etdi

Azərbaycanın keçmiş baş prokuroru İxtiyar Şirinov vəfat edib.

Yenipress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, İxtiyar Şirinov 24 iyul 1952-ci ildə Beyləqan rayonunda anadan olub. 1972-1977-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb. AXC hakimiyyəti dövründə əvvəlcə dövlət müşaviri olub. Sonra baş prokuror (1992–1993-cü illərdə) vəzifəsində çalışıb.

İxtiyar Şirinov Gəncədə baş verən qiyam zamanı girov götürülmüş və Əbülfəz Elçibəyə qarşı qərar qəbul etmişdi.

Daha sonra vəzifədən kənarlaşdırılan İxtiyar Şirinov siyasi fəaliyyətlə məşğul olmuşdu və Milli Konqres Partiyasını yaratmışdı.

Xatırladaq ki, İxtiyar Şirinov Azərbaycan Ali Sovetinin 4 dəfə deputatı olmuş məşhur pambıq ustası, Sosialist Əməyi Qəhrəmanı Əlibala Şirinovun (1903-1973) oğlu, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin qayınıdır.

Xəbər xətti