Kadırovçular azərbaycanlı gənci işgəncə ilə öldürdülər - Video

TOPLUM bölməsi

16:40 - 15 Noyabr 2022

 Kadırovçular azərbaycanlı gənci işgəncə ilə öldürdülər - Video

Xersondan çıxarılan Rusiya ordusunun hərbi bölmələri Donetskdə, əsasən Baxmut rayonunda cəmləşdirilir. Donbas istiqamətində Rusiyanın hücumlarının intensivləşəcəyi gözlənilir.

Yenipress.az Baku TV-yə istinadən xəbər verir ki, Zaporojye vilayətinin Vasilevski rayonunda azərbaycanlı gənc işgəncə ilə öldürülüb.

“Həmin gənc döyüşlər zamanı ukraynalı yaralı əsgəri evinin həyətindəki zirzəmidə gizlədib. Rusiyalı hərbçilər (onların kadırovçular olduğu bildirilir - red.) ukraynalı əsgərə kömək etdiyi üçün həmvətənimizə işgəncə veriblər. Nəticədə o həlak olub”, - deyə məlumatda bildirilib.

Xəbər xətti