DSX zabiti Lənkəranda qəzaya düşdü - Video

TOPLUM bölməsi

17:45 - 3 Noyabr 2022

 DSX zabiti Lənkəranda qəzaya düşdü - Video

Lənkəran yol-nəqliyyat hadisəsi baş verib.

Yenipress.az Oxu.az-a istinadən xəbər verir ki, Lənkəranda Masallı rayon sakinin idarə etdiyi “Mitsubishi” markalı mikroavtobus Lənkəran şəhər sakini, Dövlət Sərhəd Xidməti (DSX) zabitinin idarə etdiyi “Opel Vectra” avtomobili ilə toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. Xəsarət alan və ölən yoxdur.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, qəza hadisəsi bu gün köhnə Ələt-Astara yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hazırda araşdırma aparılır.

Xəbər xətti