Çingiz deməli idi ki, pulu aramızda belə bölmüşük - Anar

GÜNDƏM bölməsi

13:54 - 3 Noyabr 2022

 Çingiz deməli idi ki, pulu aramızda belə bölmüşük - Anar

Düzü, mən o cavabı görməmişdim, sonradan mənə göstərdilər. Baxdım, ona verilən sual, təqribən, bu cür idi: qurultaya ayrılan pulları Anarla hara səpələdiniz, bura? Bu sual təxribat xarakterli sualdır. Bu cür suala Çingiz təmkinlə cavab verməli idi, amma bir az aqressiv cavab verib. Bir az səbirli olmaq, səbirli davranmaq lazım idi. Amma Çingiz səbirsiz davrandı, nəticədə belə bir şey oldu.

Yenipress.az xəbər verir ki, bu sözləri yazıçı Anar Rzayev APA-ya müsahibəsində deyib.

“O qədər xarici qonaq, AYB-nin bölgələrdən gələn nümayəndələri, digər təşkilati məsələlər, teatrın pulu, furşet, çay, qəhvə, pirojna... Bütün bunlar xərc deyil? Bunu başqa bir jurnalistə də dedim: gərək furşetdə qara kürü və şanpan olaydı ki, “Pul hara xərclənib?” sualı yaranmasın.

Düşünürəm ki, cavab həm də belə olmalı idi ki, ayrılan pulun bir hissəsini Anar götürüb, bir hissəsini mən, bir hissəsini də sənin üçün ayırmışıq, ay jurnalist", - deyə o əlavə edib.

Xəbər xətti


Digər xəbərlər