Ağayev: Zəngəzur dəhlizindən istifadə imkanları yaradılır

SİYASƏT bölməsi

13:19 - 3 Noyabr 2022

 Ağayev: Zəngəzur dəhlizindən istifadə imkanları yaradılır

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Berlində 40-dan çox alman jurnalist və digər ölkələrdən olan media nümayəndəsi ilə görüşüb.

Yenipress.az xəbər verir ki, bu barədə Nəsimi Ağayev Tvitter səhifəsində paylaşım edib.

O, görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına da toxunub:

“Qarabağ münaqişəsi həll olunub. Yaranmış sülh şəraitində rayonun iqtisadi inkişafını təmin etmək məqsədilə Zəngəzur dəhlizindən istifadə imkanları yaradılır”.

Azərbaycanlı diplomat mediaya Bakının Avropanın enerji təhlükəsizliyində artan rolundan da danışıb.

Yenipress.az

Xəbər xətti


Digər xəbərlər