Bakında kişinin üzünü kəsib, pulunu oğurladılar

KRİMİNAL bölməsi

15:50 - 21 Oktyabr 2022

 Bakında kişinin üzünü kəsib, pulunu oğurladılar

Bakıda quldurluq hadisəsi olub.

Yenipress.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu Rəşid Behbudov küçəsi ev 100-də qeydə alınıb.

Naməlum şəxslər gecə saatlarında həmin ünvana basqın edərək, burada kirayədə yaşayan 39 yaşlı Ruslan Yuriyeviç Somovun üzünə bıçaqla xəsarət yetiriblər.

Sonra isə həmin şəxslər evdən 4500 manat pul aparıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti


Digər xəbərlər