Bakıda dəhşət: Atası tərəfindən seksual zorakılığa məruz qalan qız özünü binadan atmaq istədi

KRİMİNAL bölməsi

14:04 - 19 Oktyabr 2022

 Bakıda dəhşət: Atası tərəfindən seksual zorakılığa məruz qalan qız özünü binadan atmaq istədi

Bakıda 18 yaşlı qız intihara cəhd edib.

Yenipress.az Qafqazinfo-ya istinadən xəbər vrir ki, hadisə ötən gecə paytaxtın Nizami rayonunda baş verib.

2004-cü il təvəllüdlü E.Q. binanın 6-cı mərtəbəsinin eyvanına çıxaraq intihara cəhd edib. Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanlarının əməkdaşlarının köməkliyi ilə intihar cəhdinin qarşısı alınıb və 18 yaşlı qız polis bölməsinə aparılıb.

İlkin araşdırmalar zamanı o bildirib ki, 8 yaşından atası tərəfindən seksual xarakterli zorakılıq əməllərinə məruz qalıb və bu səbəbdən həyatına son qoymaq istəyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti


Digər xəbərlər