“Ana, məni sabah 9-da oyadarsan” deyib, özünü asdı...

KRİMİNAL bölməsi

13:46 - 18 Oktyabr 2022

 “Ana, məni sabah 9-da oyadarsan” deyib, özünü asdı...

Ötən gün Abşeron rayonunun Güzdək qəsəbəsində intihar hadisəsi baş verib. Rayon sakini, 2000-ci il təvəllüdlü Muxtar Qayıbov özünü yaşadığı evin həyətində asıb. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi imiş.

Yenipress.az xəbər Oxu.az-a sitinadən xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən bildirilib ki, Muxtar Geoloji kəşfiyyat fakültəsinin III kurs tələbəsi olub:

“Çox yaxşı tələbə idi. Qiymətləri də qaydasında idi, kəsrləri belə yox idi. Atası ailəvi problemlərinin olmadığını bildirib. İntihar səbəbi məlum deyil. Ailəsinin də məlumatı yoxdur. Yaşadığı yerdə özünü asıb. Hər hansı bir problemi olmayıb.

Bir bacısı və qardaşı var. Bərbər olaraq fəaliyyət göstərirdi”.

Universitetdən isə M.Qayıbovun dərslərə mütəmadi olaraq gəldiyi bildirilib:

“Dərslərə davamiyyəti çox yaxşı idi. Üç ay idi ki, öz sevdiyi qrup yoldaşı ilə nişanlanmışdı. Nişanlısının da hər hansı bir məlumatı yoxdur. Adətən intihar edənlər yazıb nə isə qoyurlar, Muxtar onu da etməyib”.

Aşağı Güzdək qəsəbəsinin nümayəndəliyindən verilən məlumata görə, intiharın hansı səbəbdən baş verməsi hələ də məlum deyil.

İntihar edən tələbənin atası Həmid Qayıbov bildirir ki, bu acı xəbəri eşidən andan Muxtarın nişanlısının ayaqları tutulub.

“Səbəb məlum deyil. O, nişanlısı ilə xalası qızının toyuna hazırlaşırdı. Oktyabrın 20-i ad günü olacaqdı. Çox ağıllı uşaq idi. Bəzən bizə də məsləhətlər verirdi. Son vaxtlar heç bir qəribəlik yox idi. Həmin gün gecə anasına deyib ki, “ana, məni sabah 09:00-da oyadarsan”. Oyatmağa gedəndə - saat 08:00-da onu həyətdən asılmış vəziyyətdə gördüm. Nişanlısı ilə münaqişələri olmayıb. Onlar sevib, nişanlanıblar. Üç ay idi nişanlı idilər. Qız o xəbəri eşidən gündən ayaqları tutulub. Məzarına o vəziyyətdə gedib. Onların sevgisi çox böyük idi. Qızın ailəsi də Muxtarı çox sevirdi. Hər kəs onun ağlına valeh olmuşdu”.

Xəbər xətti


Digər xəbərlər