Azərbaycanda altı yaşlı uşaq atasını güllələdi

KRİMİNAL bölməsi

13:12 - 18 Oktyabr 2022

 Azərbaycanda altı yaşlı uşaq atasını güllələdi

Göyçay rayon sakini tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, rayonun Xəlitli kənd sakini, 1993-cü il təvəllüdlü Ariz Mübariz oğlu Eyvazov qarın boşluğunun ön divarının deşilmiş yarası diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Araşdırma zamanı onun 6 yaşlı oğlunun əlində olan tir tüfəngindən ehtiyatsızlıq səbəbindən açılan atəş nəticəsində güllə yarası aldığı məlum olub.

Güllə daxilə keçdiyi üçün yaralı cərrahiyyə əməliyyatı olunub.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsinin istintaq bölməsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti


Digər xəbərlər