İlham Əliyevə Nobel mükafatı vəd edilib?

GÜNDƏM bölməsi

11:43 - 12 Oktyabr 2022

 İlham Əliyevə Nobel mükafatı vəd edilib?

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyana 2023-cü ilin Nobel Sülh Mükafatı vəd edilib.

Yenipress.az xəbər verir ki, belə bir iddianı Ermənistanın “Hraparak” nəşri səsləndirib.

İddiaya görə, əgər 2022-ci ilin sonuna qədər onlar sülh sazişi imzalayarlarsa, hər iki liderə 2023-cü ildə Nobel Sülh mükafatı veriləcəyi bildirilib.

“Hraparak” nəşri öz yazdığını özü də şübhə altına alıb. Qeyd edib ki, bu cür məlumatların qəsdən yayılması istisna deyil.

“Çünki geosiyasi mərkəzlər öz ideyalarına uyğun olaraq Ermənistan-Azərbaycan sülh sazişinin tezliklə imzalanmasında və regionda sülhün bərqərar olmasında “bizdən daha çox” maraqlıdırlar. Lakin istisna etmək olmaz ki, tərəflər öz ambisiyaları ilə oynayaraq bu cür vədlərlə tərəfləri maraqlandırmağa çalışırlar”, - qəzet qeyd edir.

Xəbər xətti


Digər xəbərlər