Əliyev erməni icmasına öz nümayəndəsini rəhbər təyin edir - Akopyan

GÜNDƏM bölməsi

14:46 - 11 Oktyabr 2022

 Əliyev erməni icmasına öz nümayəndəsini rəhbər təyin edir - Akopyan

Sənədin “sızma”sından sonra heç bir təkzibin olmadığına baxsaq, bu kağızın etibarlı olduğu ortaya çıxır.

Yenipress.az xəbər verir ki, bunu erməni jurnalisti Sevak Akopyan Feysbuk səhifəsində yazıb.

“Bu nə səssizlikdir? Dostlar, sentyabrın 27-də Vaşinqtonda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev arasında görüş keçirilib, nəticədə sənəd qəbul edilib. Daha sonra Əliyev-Paşinyan danışıqlar masasına oturub. Əgər görməmisinizsə, baxın. Dünən bir sənədin “sızma”sı nəticəsində bu ictimaiyyətə açıqlandı. Sənədə dair heç bir təkzib olmadığına baxsaq, onun müstəsna dərəcədə etibarlı olduğu ortaya çıxır.

Ən məqbul məqamlardan yalnız biri:

Azərbaycan hökuməti Qarabağda erməni etnik icması ilə işləyəcək nümayəndə təyin edəcək. Yəni, Qarabağ əhalisinin hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələrə rəhbərlik edəcək nümayəndə təyin edəcək. Tərəflər Qarabağda yaşayan milli azlıq qruplarının təhlükəsizliyinin qorunmasında etimadın təmin edilməsi məqsədilə Azərbaycanın suverenliyinə müdaxilə etmədən mümkün beynəlxalq müşahidəçi statusunu nəzərdən keçirməyə davam edəcəklər.

Paşinyan gedib Əliyevlə aktiv görüşlər keçirir ki, Azərbaycanın bölgələrindən birində erməni xalqı milli azlığa çevrilsin və onların başında Əliyevin nümayəndəsi dursun.

Nikol müsahibəsində “Qoy Qarabağ Azərbaycanla danışıqlar aparsın, Qarabağın yüksək rütbəli rəsmiləri birbaşa danışıqlara hazır olduqlarını deyirlər” deyir. Kiminlə, Əliyevlə danışacaqsan?

Və başqa bir sual: ermənilərin hüquqları olacaq, ya yox? Ermənilərə hüquq verilməyəcək. Üstəlik, bundan əvvəlki 30 ilin alçaldılmasının qisasını da alacaqlar. Ermənistanda yaşayan milli azlıqlar Azərbaycandakı ermənilərdən qat-qat artıq hüquqlara malikdir. Kürdlərin, yezidilərin Ermənistan parlamentində öz təşkilatları, nümayəndələri var. Amma  sizin heç bir şeyiniz olmayacaq, yalnız sizin hüquqlarınızı müzakirə edəcək bir nümayəndəniz olacaq. Hansı statusdan, təhlükəsizlikdən, hüquqlardan danışırıq? Heç nəyə razı olmadılar, heç nəyə nail ola bilmədilər. Bəlkə də danışıqlar aparmasaydıq, daha yaxşı variant ola bilərdi”, - o bildirib.

Xəbər xətti


Digər xəbərlər