Daşkəsən istiqamətində mövqelərimiz yenidən atəşə tutuldu

TOPLUM bölməsi

08:42 - 11 Oktyabr 2022

 Daşkəsən istiqamətində mövqelərimiz yenidən atəşə tutuldu

Oktyabrın 10-u saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu barədə Yenipress.az-a Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Xəbər xətti


Digər xəbərlər