Sərhəddə azərbaycanlıları daşıyan avtobus partladıldı: ölənlər var

GÜNDƏM bölməsi

12:25 - 8 Oktyabr 2022

 Sərhəddə azərbaycanlıları daşıyan avtobus partladıldı: ölənlər var

Rusiya-Ukrayna sərhədində Ukrayna tərəfə keçmək istəyən azərbaycanlıları daşıyan avtobusu partladılıb.

Yenipress.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc Feysbuk hesabında məlumat yayıb.

Onun sözlərinə görə, Ukraynaya keçmək istəyən azərbaycanlılar məcburi səfərbərlikdən yayınmaq üçün bu addımı atıblar:

“Partlayış nəticəsində xeyli sayda ölənlər var. Onların arasında daha çox Zərdab rayonundan olan həmvətənlərimiz həlak olub. Belə ki, Zərdabın tək bir kəndindən 4 nəfər öldürülüb”, - o bildirib.

Xəbər xətti


Digər xəbərlər