Bu halda korona pasportu 15 fevraldan sonra da qüvvədə qalacaq - Mühüm açıqlama

SAĞLIQ bölməsi

10:27 - 2 Fevral 2022

 Bu halda korona pasportu 15 fevraldan sonra da qüvvədə qalacaq - Mühüm açıqlama

Təbii ki, 2-ci doza vaksin olunma tarixindən 1-5 ay keçmiş şəxslərin vaksin sertifikatı 15 fevraldan sonra hələ də qüvvədə qalmış hesab olunacaq. Onlar rahat şəkildə tələb olunan yerlərdə bu sertifikatlarından istifadə edə biləcəklər.

Yenipress.az xəbər verir ki, bu sözləri Axar.az-a TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva fevralın 15-dən etibarsız sayılacaq peyvənd sertifikatları barədə yaranan suallara aydınlıq gətirərkən deyib.

O bildirib ki, Nazirlər Kabinetinin yeni qərarına əsasən, 15 fevral tarixindən etibarən 18 yaşından yuxarı 2 doza peyvənd almış və üzərindən 6 ay keçmiş şəxslərin peyvənd sertifikatı etibarsız hesab olunacaq. Qərar yalnız həmin şəxslərə aiddir:

“3 doza peyvənd olunanlar artıq tam peyvənd olunmuş şəxslər sayılacaqlar. Çünki 2-ci doza vaksindən 4-5 ay sonra artıq immun hüceyrələrinin səviyyəsi və qoruyuculuğu azalmağa başlayır. Buster dozadan istifadə edərək, onların qoruyuculuğunu artırmış oluruq. Bu gün ölkəmizdəki peyvəndlərin tam qoruyucu olduğunu demək üçün peyvəndin 3 doza şəklində qəbulu tövsiyə edilir”.

Xəbər xətti


Digər xəbərlər