Bakının sülh təklifində Ermənistan üçün qəbuledilməz heç nə yoxdur

SİYASƏT bölməsi

17:50 - 5 Oktyabr 2022

 Bakının sülh təklifində Ermənistan üçün qəbuledilməz heç nə yoxdur

Azərbaycanın sülh müqaviləsi üzrə təkliflərində Ermənistan üçün qəbuledilməz heç nə yoxdur.

Yenipress.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 5-də parlamentin iclasında bildirib.

O, Azərbaycan tərəfinin bu ilin martında rəsmi İrəvana təqdim etdiyi 5 maddəlik təkliflər barədə Ermənistan və beynəlxalq ictimaiyyətin məlumatlı olduğunu vurğulayıb.

A.Mirzoyan qeyd edib ki, Bakı və İrəvan arasında normal danışıqlar prosesi davam edəcək.

Xəbər xətti


Digər xəbərlər