Genişmiqyaslı savaş proqnozlaşdırılır: ermənilər səfərbərlik istəyir - Ambarsumyan

SİYASƏT bölməsi

17:37 - 5 Oktyabr 2022

 Genişmiqyaslı savaş proqnozlaşdırılır: ermənilər səfərbərlik istəyir - Ambarsumyan

Ermənilər səfərbərlik istəyir. Ermənistan-Azərbaycan sərhədi boyunca genişmiqyaslı savaş proqnozlaşdırılır.

Yenipress.az Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri tanınmış erməni hərbi ekspert Van Ambarsumyan bildirib.

Onun sözlərinə görə, son günlər Azərbaycanın kəşfiyyat PUA-larının uçuş intensivliyinin kəskin şəkildə artması müşahidə olunur.

“Biz hazırlaşmalıyıq, səfərbərlik elan edilməlidir”, - deyə Ambarsumyan bildirib.

Xəbər xətti