Hikmət Hacıyevdən Edillidəki kütləvi məzarlıqla bağlı paylaşım

GÜNDƏM bölməsi

09:34 - 5 Oktyabr 2022

 Hikmət Hacıyevdən Edillidəki kütləvi məzarlıqla bağlı paylaşım

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıqla bağlı paylaşım edib.

Yenipress.az xəbər verir ki, o Tviterdə qeyd edib:

“Edilli kəndində birinci müharibə zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalmış/öldürülmüş Azərbaycan hərbçilərinin kütləvi məzarlığı müəyyən edilib. Edilli Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib. 4 000 azərbaycanlı hərbçi/mülki itkin düşüb. Ermənistan kütləvi məzarlıq yerlərini verməkdən imtina edir”.

Xəbər xətti