Bakı və İrəvan sülh sazişini nə vaxt imzalayacaq? - Açıqlandı

DÜNYA bölməsi

11:09 - 4 Oktyabr 2022

 Bakı və İrəvan sülh sazişini nə vaxt imzalayacaq? - Açıqlandı

İrəvan və Bakı arasında sülh müqaviləsi noyabrın birinci ongünlüyündə Brüsseldə imzalanacaq. Azərbaycan və Ermənistana oktyabr ayının sonuna qədər sənədlərdəki dəyişikləri etmək tövsiyə olunub.

Yenipress.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İrəvan hakimiyyətində olan mənbələrə istinadən Ermənistanın “Past” qəzeti yazıb.

Məlumata görə, AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana son səfəri zamanı Ermənistan tərəfinə sülh müqaviləsinin mətninin yekun variantını oktyabrın sonunda yekunlaşdıracağını qeyd edib.

Qəzet qeyd edir ki, Moskva artıq müqavilənin Brüsseldə imzalanmasına razılıq verib.

Xəbər xətti