O videonu xarici dilə çevirən "azərbaycanlılar"...

TOPLUM bölməsi

00:27 - 3 Oktyabr 2022

 O videonu xarici dilə çevirən

1) Ermənistanla sərhəddə və potensial döyüş bölgəsində olan əsgər və zabitlərdə smartfonlar olmamalıdır, bu həm də onların təhlükəsizliyi üçün vacibdir, müasir texnologiyalar dövründə istənilən smartfon düşmən üçün dinləmə və lokasiya göstərən cihaz ola bilər,

2) Məlum video ciddi araşdırılmalı, əgər əsr düşənlərə qarşı silah işlədilməsi təsbit olunarsa, həmin şəxslər mütləq məsuliyyətə cəlb edilməlidir,

3) Düşmən tərəfdə bənzər hadisələrin olması faktdır, onların vəhşiliyi kameralara dəfələrlə düşüb, amma bu bizim əsgər və zabitlərin eyni cür davranmasına haqq vermir,

4) Məlum videonu, o hadisəni törədənləri publik olaraq Azərbaycan dilində qınayanları anlayıram, dəstəkləyirəm, düz edirlər, amma həmin videonu müxtəlif dillərə tərcümə və izahla hər yerə göndərənlərlər varsa, bax onları anlamaram, "əziyyətləri" hədər gedə bilər - zatən düşmən tərəf bunu bütün dünyaya yayır, elələri varsa əl-ayağa düşmələri əbəsdir, bu işdə onlara "əppək" olmaz, özlərinə "gücə" salmasınlar.

Müharibə öz düşməninə oxşayanda uduzulur - bunu unutmaq olmaz! Əsgər və Zabitlərimiz, silahlı qüvvələrimiz millətin qüruru, əsl Xalq Ordusudur, ona görə də, xalqımızın adına, yaddaşına, ənənələrinə uyğun davranması şərtdir!

Natiq Cəfərli

Xəbər xətti