Korona yalnız onları öldürür, karantin isə mənasızdır - Rəşid Mahmudov

SAĞLIQ bölməsi

10:33 - 1 Fevral 2022

 Korona yalnız onları öldürür, karantin isə mənasızdır - Rəşid Mahmudov

Koronavirus artıq heç kimə ciddi təsir edə bilməz. Bu, virusun tamamilə zəifləmiş formasıdır.

Yenipress.az xəbər verir ki, bunu Unikal.org-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, əməkdar müəllim Rəşid Mahmudov son günlər Azərbaycanda COVID-19 virusuna yoluxma sayının kəskin artmasına münasibət bildirərkən deyib. O bildirib ki, ölkədə yenidən sərt karantin rejiminin tətbiq edilməsinin mənası yoxdur:

"Bu, hökümətin səlahiyyətindədir. Əslində, bundan sonra karantin olmamalıdır. Bu, koronavirusun 5-ci dalğasıdır və çox zəif formasıdır. Demək olar ki, ölümcül təsiri yoxdur. Qrip kimi bir şeyə çevrilib, boş şeydir. Virus yalnız ciddi yanaşı xəstəlikləri olan insanların ölümünə səbəb ola bilər".

Xəbər xətti


Digər xəbərlər